Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Əli Vəliyev küçəsi 6 ünvanına baxış keçirib

03 mart 2026 | 17:31

03 mart 2026-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Əli Vəliyev küçəsi, 6 saylı binanın birinci blokunda aparılan təmir-bərpa işlərinin gedişatı ilə tanış olub. Baxış zamanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və podratçı təşkilatın nümayəndələri də iştirak ediblər.

Podratçı təşkilatın nümayəndəsi görülən işlərin mövcud vəziyyəti barədə ətraflı məlumat verib. Rayon İcra Hakimiyyətinin başçısı işlərin müəyyən olunmuş vaxtda və yüksək keyfiyyətlə yekunlaşdırılmasının vacibliyini vurğulayıb. O, həmçinin bina sakinləri ilə görüşərək onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Xatırladaq ki, ötən ilin avqust ayında sözügedən binanın birinci blokunda, 5-ci mərtəbədə qaz sızması nəticəsində partlayış baş vermişdi. Hadisədən dərhal sonra Nizami Rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar tərəfindən operativ tədbirlər görülmüş, sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə onlar kirayə haqları ödənilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər.

Keçidlər