Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov sentyabrın 17-də 109 nömrəli tam orta məktəbdə rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda sakinlərin söylədikləri müxtəlif təkliflər dinlənilib, onları narahat edən məsələlər yerindəcə aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib və həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Araşdırılması və həlli əlavə vaxt tələb edən məsələlərlə əlaqədar aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib və nəzarətə götürülüb.
Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə keçirilən səyyar qəbullardan razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.






