Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov vətəndaşlarla növbəti səyyar qəbul keçirib

22 aprel 2026 | 17:24

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun vətəndaşlarla növbəti səyyar qəbulu 22 aprel 2026-cı il tarixində 129 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul əməkdaşları, RİHB-nın 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib, onlara ətraflı izahatlar verilib. Dərhal həlli mümkün olan məsələlər yerindəcə həll edilib, digər məsələlərin konkret vaxt çərçivəsində həll olunması icraçı qurumların rəhbərlərinə tapşırılıb.

Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə bütün müraciətlər qeydiyyata alınıb və icra vəziyyəti barədə sakinlərin məlumatlandırılması aidiyyəti üzrə tapşırılıb.

Keçidlər