Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov yanvar ayında növbəti səyyar qəbullar keçirib
01 fevral 2024 | 15:17
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov yanvar ayında rayon sakinləri ilə növbəti səyyar qəbullar keçirib.
Qəbullarda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbullarda vətəndaşların müraciətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, onlara ətraflı izahatlar verilib, bəzi məsələlər yerindəcə həll olunub. Sakinləri narahat edən və araşdırılması əlavə vaxt tələb edən digər mövcud problemlərin qısa zamanda həlli üçün əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilərək, onların həlli nəzarətə götürülüb.