Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Əli Vəliyev küçəsi 11 ünvanına baxış keçirib

27 iyul 2024 | 13:07

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakı şəhərində keçirilməsi ilə əlaqədar Nizami rayon ərazisində küçə və prospekt boyunca yaşayış və qeyri-yaşayış binaların fasadlarında təmir-bərpa işləri aparılır.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Ə.Vəliyev küçəsi 11 ünvanında olaraq görülən işlərə baxış keçirib, ərazidə yaşayan sakinlərlə görüşüb.

C.Cəbrayılov yaşayış binasının fasadında görülən işlərin surətli və keyfiyyətli həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlarını verib.

Sonra ərazidə yaşayan bir qrup sakinlə görüşüb, onların təklif və müraciətlərini dinləyib.

Qeyd edək ki, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində yaşayış və qeyri-yaşayış binalarının, yolların, həyətlərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmiri işləri davam etdirilir.

Keçidlər