Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı iyul ayında növbəti səyyar qəbullar keçirib

02 avqust 2024 | 12:27

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 2024-cü ilin iyul ayında növbəti dörd səyyar qəbul keçirib.

Səyyar qəbullarda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

“Açıq mikrofon” formatında keçirilən qəbullarda rayon sakinlərini narahat edən problemlər dinlənilib, verilən suallar ətraflı cavablandırılıb. Sakinlər tərəfindən qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə olunub, bir sıra məsələlər yerindəcə həll edilib. Əlavə araşdırma tələb edən problemlərin qısa zamanda aradan qaldırılması üçün Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Qəbullarda rayon sakinləri həmçinin əvvəlki görüşlərdə qaldırılan məsələlərin həllinə görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər