Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

20 noyabr 2025 | 14:44

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov  noyabrın 19-da Kimya-Biologiya Təmayüllü Respublika Liseyində növbəti səyyar qəbul keçirib.

Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və bələdiyyə sədrləri iştirak ediblər.

“Açıq mikrofon” formatında keçən qəbulda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlər yerindəcə aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib və həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Əlavə araşdırma tələb edən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər