Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

20 may 2026 | 17:34

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 2026-cı ilin 20 may tarixində Ə.Kürçaylı küçəsi 3 ünvanında yerləşən 238 №-li tam orta ümumtəhsil məktəbinin akt zalında rayon sakinləri ilə “Açıq mikrofon” formatında növbəti səyyar qəbul keçirib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, RİH başçısının sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Nizami bələdiyyəsinin sədri və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Açıq mikrofon və qarşılıqlı etimad mühitində keçən səyyar görüşdə rayon sakinlərinin sosial-məişət, kommunal və digər sahələrə dair müraciətləri fərdi qaydada dinlənilib. Operativlik prinsiplərinə uyğun olaraq, bir sıra müraciətlərdə əksini tapan problemlər yerindəcə həll edilib, digər qaldırılan məsələlərlə bağlı vətəndaşlara qanunvericiliyin tələbləri izah olunmaqla ətraflı cavablar verilib.

Sakinlərin rifahının yüksəldilməsinə xidmət edən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xüsusi araşdırma və zaman tələb edən müraciətlərin qısa müddətdə icra olunması istiqamətində müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər