Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

24 fevral 2026 | 18:06

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov fevralın 24-də növbəti səyyar qəbul keçirib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

“Açıq mikrofon” formatında keçirilən qəbulda rayon sakinlərini narahat edən problemlər dinlənilib, verilən suallar ətraflı cavablandırılıb. Sakinlər tərəfindən qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə olunub, bir sıra məsələlər yerindəcə həll edilib. Əlavə araşdırma tələb edən problemlərin qısa zamanda aradan qaldırılması üçün Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Eyni zamanda, səyyar qəbulda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalı haqqında sakinlər məlumatlandırılıb.

Keçidlər