Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar qəbul keçirib

07 yanvar 2026 | 17:13

07 yanvar 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov C.Naxçıvanski küçəsi 37 ünvanında yerləşən 61 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul keçirib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, eləcə də rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbulda iştirak edən sakinlərin müraciətləri tək-tək dinlənilib. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlərin araşdırılması və qısa müddətdə icra olunması üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Sakinlər göstərilən diqqətə və müraciətlərinə operativ yanaşmaya görə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər