Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar qəbul keçirib
22 oktyabr 2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov oktyabr ayı üçün təsdiq olunmuş qrafikə uyğun olaraq Özbəkistan küçəsi 3 ünvanında yerləşən 32 nömrəli məktəbdə sakinlərlə növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, eləcə də rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən səyyar qəbulların əsas məqsədi vətəndaşların mövcud problemlərini yerində dinləmək, müraciətlərin daha operativ və səmərəli şəkildə həllinə nail olmaqdır. Belə görüşlər sakinlərlə birbaşa ünsiyyətin qurulmasına, onların mövcud sosial, məişət və infrastruktur problemlərinin özlərindən öyrənilərək həllinə yönəlmiş tədbirlərin daha səmərəli həyata keçirilməsinə imkan yaradır. Səyyar qəbullar, eyni zamanda, vətəndaş məmnunluğunun yüksəldilməsinə və dövlət qurumları ilə vətəndaş münasibətlərinin daha etibarlı əsaslar üzərində qurulmasına xidmət edir.
Səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.






