Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri ilə görüşüb

29 iyun 2024 | 11:25

Nizami Rayon İcra Hakimiyyətində Coşqun Cəbrayılov şəhid ailələri ilə görüşüb.

Çay süfrəsi arxasında keçən görüşdə Coşqun Cəbrayılov ilk öncə şəhid ailələrini salamlayaraq Vətən uğrunda həlak olmuş şəhidləmizə Allahdan rəhmət diləyib.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin ailələrinə, qazilərimizə və müharibə iştirakçılarına olan diqqət və qayğının dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu və Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına göstərdiyi bu xüsusi diqqət və qayğının ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılandığını qeyd edib.

Səmimi ortamda keçən görüşdə şəhid ailələri dövlətin, xüsusən də ölkə başçısı cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri qayğının daim öz üzərilərində hiss etdiklərini və bundan qürur hissi keçirdiklərini, yaxşı yaşamaları üçün sosial təminatları ilə bağlı görülən bütün işlərə görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər