Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı təmir işləri aparılan ünvanlara baxış keçirib

05 avqust 2025 | 18:17

Nizami rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində küçə və parkların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yaşayış binalarının təmiri, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması istiqamətində işlər davam etdirilir.

Görülən işlər çərçivəsində Babək prospekti 73 və 75 nömrəli binalarda təmir işləri aparılır. Qeyd olunan binaların fasadları və pilləkən qəfəsələri təmir edilir.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov təmir işləri aparılan ünvanlara baxış keçirərək görülən işlərin keyfiyyəti ilə maraqlanıb. Eyni zamanda, qeyd olunan ünvanlarda yaşayan sakinlərlə də görüşüb və onların müraciətlərini dinləyərək aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Aparılan abadlıq-quruculuq işlərini razılıqla qarşılayan bina sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər