Şəhid Hüseyn Muradovun ailəsi ziyarət edilib
24 sentyabr 2025-ci il tarixində Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Yusif Əliyev Vətən müharibəsi şəhidi Muradov Hüseyn Fərhad oğlunun ailəsini ziyarət ediblər.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Hüseyn Muradov 08 oktyabr 2020-ci il tarixində Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.






