Şəhid mayor Amid Heydərovun ailəsi ziyarət edilib
25 sentyabr 2025-ci il tarixində Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun ailəsini ziyarət edib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova şəhidin yoldaşı Nuranə Heydərovanı doğum günü münasibətilə təbrik edib.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, mayor Amid Heydərov 03 oktyabr 2020-ci il tarixində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Nizami rayonunda B.Nuriyev və C.Naxçıvanski küçələrini birləşdirən küçə Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Amid Heydərovun adını daşıyır.






