Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Oktay Ağabəyovun ailəsi ziyarət edilib

25 sentyabr 2025 | 17:32

25 sentyabr 2025-ci il tarixində Rayon İcra Hakimiyyəti başçısının müavini Şahsultan Həsənov, İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev Vətən müharibəsi şəhidi Ağabəyov Oktay Baxşəli oğlunun ailəsini ziyarət ediblər.

Şəhidin anası göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, Oktay Ağabəyov 01 noyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə"  və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər