Şəhid polis çavuşu Zamanov Xəzər Azər oğlunun ildönümündə məzarı ziyarət edilib
19 sentyabr 2024-cü il tarixində Suraxanı rayonu, Günəşli qəbiristanlığında şəhid polis çavuşu Zamanov Xəzər Azər oğlunun məzarı ziyarət edilib.
Xəzər Zamanov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Anım mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis alayının qulluqçusu Xəzər Zamanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda” medalı ilə təltif edilmişdir.