Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Qələndər Alıyevin ailəsi ziyarət edilib

24 sentyabr 2025 | 17:09

24 sentyabr 2025-ci il tarixində Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev Vətən müharivəsi şəhidi Alıyev Qələndər Nofəl oğlunun ailəsini ziyarət ediblər.

Şəhidin anası göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Qələndər Alıyev 07 oktyabr 2020-ci il tarixində Suqovuşan  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər