Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Teymur Qaraisayevin xatirəsi anılıb

30 noyabr 2023 | 17:45

30 noyabr 2023-cü il tarixində II Şəhidlər Xiyabanında şəhid Teymur Qaraisayevin məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami Rayon İdarəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Qaraisayev Teymur Ənvər oğlu 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən baş verən qəzada həlak olmuşdur.

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 17.08.2022-ci il tarixli Sərəncamına əsasən Teymur Qaraisayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Keçidlər