Şəhid və qazi övladları Heydər Əliyev Mərkəzini ziyarət ediblər
Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə 03 may 2025-ci il tarixində Nizami rayonu ərazisində yaşayan şəhid və qazi övladları "Zəfər varisləri Heydər Əliyev Mərkəzində" layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
İlkin olaraq ziyarətçilərə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat verilib.
Sonra ziyarətçilər mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyəti ilə bağlı nadir eksponatlarla tanış olublar.
Ziyarətçilər Ümummilli Liderin həyatı və siyasi fəaliyyəti haqqında zəngin məlumatlar əldə ediblər, daha sonra isə mərkəzdə yerləşən Azərbaycan İnciləri muzeyi ilə tanış olublar. Altı bölmədən ibarət olan muzeydə Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən eksponatlar, milli geyimlər, xalı növləri, musiqi alətləri və s. haqqında iştirakçılara geniş məlumat verilib.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq ziyarətçilərin böyük marağına səbəb olub.