Şəhid Vüqar Cəfərovun ailəsi ziyarət edilib
23 sentyabr 2025-ci il tarixində Rayon İcra Hakimiyyəti başçısının müavini Şahsultan Həsənov, İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev Vətən müharibəsi şəhidi Cəfərov İnşallah Hacıağa oğlunun ailəsini ziyarət ediblər.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Vüqar Cəfərov Cəbrayılın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib və 05 oktyabr 2020-ci il tarixində şəhid olub. Azərbaycan Respuiblikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.






