Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Xəlili Samir Əhməd oğlunun məzarı ziyarət edilib

06 sentyabr 2023 | 16:29

06 oktyabr 2023-cü il tarixində II Fəxri Xiyabanda Vətən müharibəsində şəhid olmuş Xəlili Samir Əhməd oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, yaxınları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Samir Xəlili isə 1 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.  

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Samir Xəlili ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər