Şəhid Zalov Vidadi Nizami oğlunun ailəsi ziyarət edilib
23 iyul 2025-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhid Vidadi Zalovun övladı Nizami Zalovun 10 yaşının tamam olması ilə əlaqədar ailəsini ziyarət edib.
Ziyarət zamanı şəhid Zalov Vidadi Nizami oğlunun 44 günlük Vətən müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyi və "Laçının azad olunmasına görə" medalı ilə təltif olunduğu qeyd olunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Zalov Vidadi Nizami oğlu 11 aprel 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutması nəticəsində döyüş tapşırığını yerinə yetirən zamanı şəhid olmuşdur. Şəhid Vidadi Zalov 12 aprel 2023-cü il tarixində doğulduğu Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunmuşdur.






