Şəhid Zəbiyulla Məmmədovun ailəsi ziyarət edilib
25 sentyabr 2025-ci il tarixində Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev Vətən müharibəsi şəhidi Məmmədov Zəbiyulla Şahin oğlunun ailəsini ziyarət ediblər.
Şəhidin atası göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Zəbiyulla Məmmədov 04.11.2020-ci il tarixində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.






