Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

10 may 2024 | 14:10

10 may 2024-cü il tarixində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illik yubileyi ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, başçının müavinləri və aparatın şöbə müdirləri Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini anıblar.

Daha sonra Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri və ictimaiyyət nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə güllər qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad edib, dahi rəhbərin ruhu qarşısında baş əyiblər.

 

Keçidlər