Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin xatirəsi anılıb
21 oktyabr 2025-ci il tarixində Hərbi Memorial Məzarlıqda Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Əliyev Anar Vaqif oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Şahsultan Həsənov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami bələdiyyəsinin sədri Vüqar Həsənov iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Anar Əliyev 21 oktyabr 2020-ci il tarixində Xocavənd döyüşlərində şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.






