Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Azad Arif oğlu Hümbətovun doğum günündə məzarı ziyarət edilib

24 yanvar 2026 | 12:44

24 yanvar 2026-cı il tarixində Hərbi Memorial Məzarlıqda Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Hümbətov Azad Arif oğlunun məzarı ziyarət edilib.

Ziyarətdə şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Milli Məclisin deputatı Hikmət Babaoğlu və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Azad Hümbətov 27 oktyabr 2020-ci il tarixində Laçın uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib və  "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə"  medalları ilə təltif edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 noyabr 2021-ci il tarixli, 339 nömrəli Qərarına əsasən Bakı şəhəri 291 saylı Ekologiya liseyinə Azad Hümbətovun adı verilib.

Bakıdakı mərkəzi küçələrdən biri Azad Hümbətovun adını daşıyır. 

Keçidlər