Vətən Müharibəsi Qəhrəmanı mayor Amid Heydərovun ailəsi ziyarət olunub
15 iyul 2024-cü il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun ailəsini ziyarət ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin qızı Şəms Heydərlini doğum günü münasibətilə təbrik edib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru Amid Heydərov Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 3-də şəhid olub və Lerik şəhərində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Amid Heydərova ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Həmçinin Nizami rayonunda B.Nuriyev və C.Naxçıvanski küçələrini birləşdirən küçə Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Amid Heydərovun adını daşıyır.