Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş leytenant Azad Hümbətovun xatirəsi anılıb

27 oktyabr 2022 | 14:58

27 oktyabr 2022-ci il tarixində II Fəxri Xiyabanda Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Hümbətov Azad Arif oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Azad Hümbətov 27 oktyabr 2020-ci il tarixində Laçın uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib və "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə"  medalları ilə təltif edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 noyabr 2021-ci il tarixli, 339 nömrəli Qərarına əsasən Bakı şəhəri 291 saylı Ekologiya liseyinə Azad Hümbətovun adı verilib.

Bakıdakı mərkəzi küçələrdən biri Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun adını daşıyır. 

Keçidlər