Vətən müharibəsi şəhidi Abasov Elvin Səxavət oğlunun ailəsi ziyarət edilib
5 aprel 2025-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Abasov Elvin Səxavət oğlunun ailəsini ziyarət ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin anası Bahar Abasovanı doğum günü münasibətilə təbrik edib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Elvin Abasov 08 noyabr 2020-ci il tarixində Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb və 22 noyabr 2020-ci il tarixində Bakıda vəfat edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.