Vətən müharibəsi şəhidi Alı Həsənlinin ailəsi ziyarət edilib
25 sentyabr 2023-cü il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və aparatın məsul əməkdaşları Vətən müharibəsində şəhid olmuş Həsənli Alı Nofəl oğlunun ailəsini ziyarət ediblər.
İlk öncə şəhidin yaşamış olduğu binanın qarşısında qoyulmuş xatirə abidəsinin önünə gül dəstələri qoyulub.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin ailəsinin qayğıları ilə maraqlanıb, ailənin istəklərinin həlli istiqamətində tədbirlər görüləcəyini bildirib.
Qeyd edək ki, Alı Həsənli 20.10.2020-ci il tarixində Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.