Vətən müharibəsi şəhidi Alı Həsənlinin ailəsi ziyarət olunub
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 22 sentyabr 2025-ci il tarixində Vətən müharibəsi şəhidi Həsənli Alı Nofəl oğlunun atası Nofəl Həsənovun doğum günü ilə əlaqədar ailəsini ziyarət edib.
Ziyarət zamanı şəhid ailələrinə diqqət və qayğının dövlət başçımızın xüsusi nəzarətində olduğu, eyni zamanda, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparanların, şəhid olanların ailələrinə dövlət tərəfindən hər zaman həssaslıqla yanaşıldığı, şəhid ailələrinin rifahının yaxşılaşdırılmasına xidmət edən çoxsaylı sosial proqramların həyata keçirildiyi və bundan sonra da davam etdiriləcəyi bildirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin atası Nofəl Həsənovu doğum günü münasibətilə təbrik edib.
Vətən müharibəsi şəhidi Alı Həsənlinin ailəsi ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya onlara göstərdiyi diqqət və qayğıya, qarşılaşdıqları sosial problemlərin aradan qaldırılması üçün edilən köməkliyə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Alı Həsənli 20 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.






