Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Alı Həsənlinin doğum günündə xatirəsi anılıb

22 iyun 2023 | 15:43

22 iyun 2023-cü il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Həsənli Alı Nofəl oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Alı Həsənli 20 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər