Vətən müharibəsi şəhidi Alı Həsənlinin xatirəsi anılıb
20 oktyabr 2024-cü il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Həsənli Alı Nofəl oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Qeyd edək ki, Alı Həsənli 20 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.