Vətən müharibəsi şəhidi Anar Əliyevin xatirəsi anılıb
21 oktyabr 2024-cü il tarixində II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi polkovnik-leytenant Əliyev Anar Vaqif oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Anar Əliyev 21 oktyabr 2020-ci il tarixində Xocavənd döyüşlərində şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.