Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Anar Qumaşovun məzarı ziyarət edilib

10 oktyabr 2023 | 17:22

10 oktyabr 2023-cü il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Qumaşov Anar Saleh oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. 

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Anar Qumaşov 20 oktyabr 2020-ci il tarixində Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə"  və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər