Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Anar Saleh oğlu Qumaşovun məzarı ziyarət edilib

04 dekabr 2023 | 14:27

04 dekabr 2023-cü il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Qumaşov Anar Saleh oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami Rayon İdarəsinin rəisi Elxan Feyziyev,  Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Anar Qumaşov 20 oktyabr 2020-ci il tarixində Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə"  və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər