Vətən müharibəsi şəhidi Anar Saleh oğlu Qumaşovun xatirəsi yad edilib
10 oktyabr 2025-ci il tarixində Keşlə Şəhidlər Xiyabanında Qumaşov Anar Saleh oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin qohumları, Rayon İcra Hakimiyyəti başçısının müavini Şahsultan Həsənov, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Ağayev, Keşlə bələdiyyəsinin sədri Rəşad Babayev, Nizami bələdiyyəsi sədrinin müavinləri Yeganə Abbasova, Emil Qafarov və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Anar Qumaşov 20 oktyabr 2020-ci il tarixində Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.






