Vətən müharibəsi şəhidi Bayram Babaşovun ailəsi ziyarət olunub
1 dekabr 2023-cü il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və aparatın məsul əməkdaşları Vətən müharibəsində şəhid olmuş Babaşov Bayram İlqar oğlunun ailəsini ziyarət ediblər.
Ziyarət zamanı şəhid Bayram Babaşovun şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb. Şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı bildirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin oğlu İlqar Babaşlını doğum günü münasibətilə təbrik edib, şəhidin ailəsinin qayğıları ilə maraqlanıb, ailənin istəklərinin həlli istiqamətində tədbirlərin görüləcəyini bildirib.
Qeyd edək ki, Bayram Babaşov 2 oktyabr 2020-ci il tarixində Kəlbəcər döyüşlərində şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.