Vətən müharibəsi şəhidi Cavid Manafovun ailəsi ziyarət edilib
Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 23 sentyabr 2025-ci il tarixində Vətən müharibəsi şəhidi Manafov Cavid Faiq oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Görüşdə şəhidin əziz xatirəsi yad edilib, onun şərəfli döyüş yolundan bəhs olunub. Ailə üzvləri şəhidin özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər.
Ziyarət zamanı şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Vətən müharibəsi şəhidi Cavid Manafovun ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.






