Vətən müharibəsi şəhidi çavuş Toğrul İsayevin məzarı ziyarət edilib
25 dekabr 2025-ci il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsində şəhid olmuş çavuş İsayev Toğrul Natiq oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət edilib.
Anım mərasimində şəhidlərin ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev, RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Arif Qasımov və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev iştirak ediblər.
Şəhidlərin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Qeyd edək ki, çavuş Toğrul İsayev 30 sentyabr 2020-ci il tarixində, Samir Xəlili isə 1 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıblar.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Samir Xəlili və çavuş Toğrul İsayev ölümlərindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif ediliblər.






