Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Denis Əliyevin doğum günündə xatirəsi anılıb

26 may 2023 | 14:52

26 may 2023-cü il tarixində  Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Əliyev Denis Aleksandroviçin məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Denis Əliyev 08 oktyabr 2020-ci il tarixində Cəbrayıl döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər