Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Əhmədov Nicat Həsən oğlunun xatirəsi anılıb

26 sentyabr 2026 | 11:59

 

Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Əhmədov Nicat Həsən oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri Şahsultan Həsənov, RİHBA-nın məsul əməkdaşları, Keşlə bələdiyyəsinin sədri Rəşad Babayev iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Nicat Əhmədov 8 oktyabr 2020-ci il tarixində Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.  Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Keçidlər