Vətən müharibəsi şəhidi Əhmədov Nicatın ailəsi ziyarət olunub
17 sentyabr 2025 | 18:50
17 sentyabr 2025-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhid Əhmədov Nicatın ailə üzvlərinə baş çəkərək, ailənin qayğıları ilə maraqlanıb.
Şəhidin ailəsi öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, Nicat Əhmədov 8 oktyabr 2020-ci il tarixində Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.






