Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elçin Həsənlinin doğum günündə xatirəsi anılıb

16 iyun 2023 | 16:15

16 iyun 2023-cü il tarixində  Xırdalan şəhərindəki Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Həsənli Elçin Vaqif oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİHBA-nın məsul əməkdaşları iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Elçin Həsənli 08 noyabr 2020-ci il tarixində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Keçidlər