Vətən müharibəsi şəhidi Əliyev Denis Aleksandroviçin ailəsi ziyarət edilib
07 oktyabr 2025-ci il tarixində Rayon İcra Hakimiyyəti başçısı Coşqun Cəbrayılov, İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev Vətən müharibəsi şəhidi Əliyev Denis Aleksandroviçin ailəsini ziyarət ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin qızı Alina Əliyevanı doğum günü münasibətilə təbrik edib.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Denis Əliyev 08 oktyabr 2020-ci il tarixində Cəbrayıl döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.






