Vətən müharibəsi şəhidi Elsevər Ağacan oğlu Əhədzadənin ildönümündə məzarı ziyarət edilib
25 oktyabr 2025 | 11:25
25 oktyabr 2025-ci il tarixində Keşlə Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Əhədzadə Elsevər Ağacan oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin ailə üzvləri və yaxınları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Elsevər Əhədzadə 21 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.






