Vətən müharibəsi şəhidi Elsevər Əhədzadənin ailəsi ziyarət edilib
06 may 2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Əhədzadə Elsevər Ağacan oğlunun ailəsini ziyarət ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin atası Ağacan Əhədovu doğum günü münasibətilə təbrik edib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Elsevər Əhədzadə 21 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.