Vətən müharibəsi şəhidi Elsevər Əhədzadənin doğum günündə məzarı ziyarət edilib
03 iyun 2025-ci il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Əhədzadə Elsevər Ağacan oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Elsevər Əhədzadə 21 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.