Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elsevər Əhədzadənin doğum günündə xatirəsi anılıb

03 iyun 2023 | 13:05

03 iyun 2023-cü il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Əhədzadə Elsevər Ağacan oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Elsevər Əhədzadə 21 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər